Siyasət
Siyavuş Novruzov və Sevinc Hüseynova deputatlığa namizəd olmayacaq
VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynova növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək.
"Report"un xəbərinə görə, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.
Faktı "Report"a partiyadakı mənbə də təsdiqləyib.