Siyasət
Səbuhi Abbasov Mingəçevirdən namizəd olacağını açıqladı
İctimai fəal, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov növbədənkənar parlament seçkilərində yenidən 54 Saylı Mingəçevir Seçki Dairəsindən namizəd olmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə ASSGA sədri özü açıqlama verib.
"Böyük qürur hissi ilə deyirəm ki, sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərə qatılmaq üçün ilkin sənədlərimi 54 Saylı Mingəçevir Seçki Dairəsinə təqdim etdim. Bu dəfə səsiniz mütləq eşidiləcək. Hər şey yenidən başlayır", deyə Səbuhi Abbasov bildirib.
Qeyd edək ki, ictimai fəal 2020-ci ildə keçirilən parlament seçkilərində də sözügedən dairədən namizəd olub.
Səbuhi Abbasov 16 noyabr 1985-ci ildə Mingəçevir anadan olub. 2003-cü ildə Mingəçevir şəhər liseyini bitirərək, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinə daxil olmuşdur. 2007-2009-cu illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin Regionşünaslıq ixtisasında təhsil almış və fərqlənmə diplomu ilə biririb. 2006-cı ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını (ASGA) təsis edərək 200-dən artıq beynəlxalq və yerli layihələr həyata keçirib. O, 2008-2011-ci illərdə Bakı Slavyan Universiteti Analitik Təhlil Mərkəzinin elmi işçisi, Jurnalistika şöbəsinin müdiri vəzifələrini icra edib. 2011-2012-ci illərdə Milli QHT-lər Forumunda icraçı direktor, 2012-2013-cü illərdə DSMF-nin regiona şöbəsində çalışıb.