Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro vəsait ayırıb. Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Qaya Məmmədov özünün “X” hesabında məlumat paylaşıb. “Brüsseldə Belçikanın Azərbaycana minalardan təmizlənməsi üçün ayırdığı 250 000 avro məbləğində yardımın təqdimat mərasimində çıxış etməkdən məmnun oldum. Minalar məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneədir” , - deyə XİN rəsmisi qeyd edib. Q. Məmmədovun sözlərinə görə, bu yardım insan həmrəyliyinin rəmzidir və ikitərəfli münasibətlərimizdə müsbət addımdır. Bizim.Media