Siyasət

Orban bu gün Azərbaycana GƏLƏCƏK

Macarıstanın Baş naziri Viktor Orban iyulun 5-6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovaks rəsmi “X” hesabında paylaşım edib. Məlumata görə, sammitdə əsas diqqət nəqliyyat, əlaqə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək: “Baş nazir türk tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq”. Bizim.Media