Siyasət

Daha bir partiya seçki qərarını açıqladı

Ədalət, Hüquq, Demokratiya Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını iyunun 12-dən sonra açıqlayacaq. Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın sədr müavini Elçin Mirzəbəyli deyib.  O bildirib ki, bu gün partiyanın Ali Məclisi İdarə Heyyətinin toplantısı keçirilib: "Namizədlərin irəli sürülməsi ilə əlaqədar qərarların qəbul edilməsi səlahiyyətlərini partiyanın İdarə Heyətinə verib. İdarə Heyətinin qərarından sonra namizədlərin adı və hansı seçki dairəsindən namizəd olacaqları barədə məlumatlar açıqlanacaq. İdarə Heyətinin iclası 8-12 iyun aralığında keçiriləcək”. Bahar Rüstəmli