Azərbaycanın xarici işlə naziri Ceyhun Bayramov ABŞ-a səfərə yola düşüb. Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Səfər çərçivəsində, nazirin ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Bizim.Media