Siyasət

“Səsvermə günü olan müraciətlərə dərhal baxılmalıdır” – Baş prokurorun müavinindən TAPŞIRIQ

“Seçkilərlə bağlı prokurorluq orqanlarının əsas vəzifəsi daxil olmuş müraciətlərə baxılması ilə bağlıdır”. Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasının bu gün dairə seçki komissiyasıları sədrləri üçün keçirdiyi müşavirədə deyib. Elçin Məmmədov bildirib ki, qanunda seçkilərin keçirilməsi prosesi ilə bağlı müraciətlərə baxılması üçün çox qısa zaman müəyyən edilib: "Prokurorluq orqanlarına 2015-ci il parlament seçkilərində vətəndaşların hüquqlarının pozulması ilə bağlı 23, 9 fevral 2020-ci ildə 11-i təkrar olmaqla 60-a yaxın müraciət daxil olub. Səsvermə günü olan müraciətlərə dərhal baxılmalıdır. Seçki Məcəlləsində seçkilərin gedişinə müdaxilənin qadağan edilməsi ilə bağlı müddəa öz əksini tapıb. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulub". Günay Şahmar, Bizim.Media