Siyasət

Vaşinqtonda üçtərəfli görüş başladı - FOTO

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, erməni həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş başlayıb. Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə danışıqlar gedir. Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Entoni Blinkenin təşəbbüsü ilə baş tutur. Bizim.Media