Digər
Orta aylıq əməkhaqqı min manatdan çoxdur
Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 % artaraq 1 003,3 manat təşkil edib.
Bu barədə Qaynarinfo-ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.