Siyasət
İlham Əliyev İslamabadda milli abidəni ziyarət etdi (YENİLƏNİB)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı milli abidənin önünə əklil qoydu.
Sonra "Fatihə” surəsi oxundu.
Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il mayın 23-də açılışı olub.
14.14
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
13.52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüb.