Siyasət

Etibar Məmmədovun oğlu deputatlığa namizəd olacaq? (AÇIQLAMA)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bir sıra seçki dairələri üzrə deputatlığa namizədlərinin siyahısını açıqlayıb. Sözügedən siyahıda namizədliyi irəli sürülən şəxslərin arasında partiyanın sədri Arzuxan Əlizadə və AMİP lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədovun adı yoxdur.   Bəs, partiyanın rəhbər şəxsləri parlament seçkilərində iştirak etməyəcək?   Partiyanın beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, AMİP sədri Arzuxan Əlizadə və digər namizədlərin adları partiyanın növbəti iclasın protokolu ilə irəli suruləcək: "Gələn həftəyə kimi yekun siyahı elan olunacaq. Mənim namizəd olduğum dairə də dəqiq deyil. Gələn həftəyə kimi dəqiqləşəcək və yekun siyahı  ictimaiyyətə elan olunacaq. Gənclər təşkilatının sədri Ayxan Məmmədova gəlincə, o növbədənkənar parlament seçkilərində iştirak etmir". Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bir sıra seçki dairələri üzrə deputatlığa namizədlərinin siyahısını açıqlayıb: 4 saylı Naxçıvan şəhər SD - Rəşad Bayramov 9 saylı Binəqədi 2-ci SD - Əli Orucov 15 saylı Yasamal 1-ci SD - Eldar Həsənov 16 saylı Yasamal 2-ci SD - Elşən Mustafayev 18 saylı Nərimanov-Nizami-Binəqədi SD - Afsəddin Nəbiyev 25 saylı Nizami SD - Məmmədəli Səfərov 39 saylı Gəncə SD - Eldar Abbasov 57 saylı Xaçmaz şəhər SD - Məhəmməd Qurbanov 58 saylı Xaçmaz-Xudat SD - Çingiz Şahbazi 82 saylı İmişli SD - Tapdıq Həsənov 111 saylı Zaqatala-Balakən SD - Bəhman Xanəlizadə Bahar Rüstəmli