Siyasət

Deputat olmaq istəyənlərin sayı açıqlandı

İndiyə qədər 125 dairənin 124-nə müraciət olunub. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Namizədlərə imza vərəqələri paylanıb: "Artıq 150 nəfərin namizədliyi təsdiqlənib, 114 nəfərə imza vərəqi verilib. Sabahdan etibarən 7 gün ərzində proses davam edəcək”.//report.az