Siyasət
"Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoymalıdır"
Azərbaycan sülh gündəliyinə sadiqdir.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidlə görüşdə deyib.
Dövlətimizin başçısı sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyi qeyd edib.
İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını vurğulayıb.