Siyasət

Daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. "Report” xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 15-də keçirilən iclasında qəbul edilib. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Müasir Müsavat (MMP), Demokratik Maarifçilik (ADMP) və Müsavat Partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb. Bununla bağlı qərar səsverməyə çıxarılaraq qəbul olunub.