Siyasət

Asim Mollazadə namizəd oldu

Demokratik İslahatlar Partiyası Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib.  Qaynarinfo xəbər verir ki, bu barədə qərar partiya Siyasi Şurasının iclasında qəbul olunub.  Siyasi Şura partiyanın seçkilərdə iştirak edəcək namizədlərini də müəyyənləşdirib. Bununla da hələlik partiyanın 17 seçki dairəsi üzrə namizədi təsdiqlənib. Onlar aşağıdakı dairələrdən namizədliklərini irəli sürəcəklər: 1.   10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən 2.   15 saylı Yasamal birinci Seçki Dairəsindən 3.   16 saylı Yasamal ikinci Seçki Dairəsindən 4.   17 saylı Yasamal üçüncü Seçki Dairəsindən 5.   19 saylı Nərimanov birinci Seçki Dairəsindən 6.   22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən 7.   27 saylı Sabunçu ikinci Seçki Dairəsindən 8.   28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən 9.   39 saylı Gəncə ikinci Seçki Dairəsindən 10. 42 saylı Sumqayıt birinci Seçki Dairəsindən 11. 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsindən 12. 54 saylı Mingəçevir Seçki Dairəsindən 13. 64 saylı Salyan Seçki Dairəsindən 14. 66 saylı Saatlı Seçki Dairəsindən 15. 74 saylı Masallı Seçki Dairəsindən 16. 75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən 17. 104 saylı Gədəbəy Seçki Dairəsindən  Qeyd edək ki, partiyanın sədri Asim Mollazadə namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürüb. Partiya artıq seçkilərdə iştirakla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.