Siyasət

Əvəz Temirxan Pənah Hüseynin cəbhəsindən namizəd oldu

Fəaliyyəti dayandırılan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan növbədənkənar parlament seçkilərinə Azərbaycan Xalq Partiyasından qatılıb. Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Əvəz Temirxan bildirib ki, bununla bağlı partiyanın sədri Pənah Hüseynə müraciət edib: "O da müraciətimi qəbul etdi. Hazırda  23 saylı Nəsimi-Səbayel Seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”. Xatırladaq ki, Əvəz Əvəz Temirxan Azərbaycan Liberal Partiyasının sədri olub və partiya 2024-cü ildə fəaliyyətini dayandırıb. Bahar Rüstəmli