Siyasət

YAP Vasif Talıbov və İsa Həbibbəylinin deputatlığa namizədliyini irəli sürmədi

Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. "Report”un əldə etdiyi məlumata görə, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib. Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi irəli sürülməyib. Bundan başqa Səttar Möhbalıyevin də namizədliyi hakim partiya tərəfindən irəli sürülməyib.