Siyasət

Arif Hacılı qərarını açıqladı: Namizəd olacaq?

Müsavat başqanı İsa Qəmbərdən sonra partiyanın Məclis sədri Arif Hacılı da 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı qərarını açıqlayıb.  Arif Hacılı Qaynarinfo-ya açıqlamasında bildirib ki, seçiklərə qatılmaq niyyətində deyil.  "Sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətim yoxdur", deyə o vurğulayıb.  İsa Qəmbər də seçkilərdə iştirak etməyəcəyini bildirib. O, Müsavat yenidən başqanı seçiləndə bunu parlament seçkilərində iştirakla əlaqələndirirdilər. Hətta Milli Məclisin vitse-spikeri Adil Əliyev Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə sosial şəbəkələrdə belə iddialar səsləndirilirdi ki, onun dairəsi İsa Qəmbər üçün boşaldılıb. Lakin göründüyü kimi bu mülahizələrin heç bir təsdiqni tapmayıb. Bahar Rüstəmli