Siyasət

İlham Əliyev "Avropa Siyasi Birliyi" 4-cü Zirvə Toplantısı keçiriləcək Blenheim sarayına gəlib (YENİLƏNİB)

Böyük Britaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Oksforddakı Blenheim sarayına gəlib. Qaynarinfo xəbər verir ki, dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb. 11.50   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir. Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbua xidməti məlumat yayıb.