Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən Kəmaləddin Qafarovun namizədliyini irəli sürüb. Bizim.Media-nın əldə etdiyi informasiyaya əsasən, hazırda Kəmaləddin Qafarovun 13 rəqibi var. Namizədlərin siyahısı belədir: Bəhram Nağıyev Azər Hüseynov Seymurr Əsgərli Səfər Alışarlı Rəşad Rrzayev Əli Orucov Taleh Əliyev Namiq Əliyev Elmin İsmayılov Cəmil Hacızadə Rafiq Namazov Aydın Mirzəyev Elmira Fərzəliyeva Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olan Əli Orucov 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində Kəmaləddin Qafarova uduzmuşdu. Ə.Orucov bu il də eyni dairədən Kəmaləddin Qafarova rəqib olub. Xatırladaq ki, Kəmaləddin Qafarov V və VI çağırış deputatı olub. K.Qafarovun rəqibləri arasında yer alan Elmira Fərzəliyeva da 2020-ci ildə keçirilən parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin maraqlısı odur ki, kifayət qədər səs toplamasına baxmayaraq, Elmira Fərzəliyeva seçkilərə bir neçə gün qalmış Azay Quliyevin xeyirinə öz namizədliyini geri götürüb. Onu da qeyd edək ki, YAP builki seçkilərdə Azay Quliyevin namizədliyini irəli sürməyib. Xatırladaq ki, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri və Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova 2020-ci ildə keçirilən seçkilərdə Kəmaləddin Qafarova rəqib olsa da, bu il hələ ki sözügedən dairədən namizədliyini irəli sürməyib. Günel Səfərovanın deputatlığa namizəd olub-olmayacağını öyrənməyə çalışsaq da, onunla əlaqə yaratmaq mümkün olmayıb. Nuranə Daxilqızı, Bizim.Media