"Liverpul" müdafiəçisi Vircil van Daykı satmağa hazırdır. Bizim.Media İngiltərə mətbuatına istinadən xəbər verir ki, 55 milyon avro qarşılığında o, komandadan ayrıla bilər. Daha əvvəl 33 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun maraqlandığı qeyd olunurdu. Adıçəkilən oyunçu 2018-ci ildən "Liverpul"da çıxış edir. 270 oyunda meydana çıxan niderlandlı 23 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə 2025-ci ilin yayına qədər müqaviləsi var. Rəşad Rafiqoğlu, Bizim.Media