Siyasət

Tehrandakı səfirliyimizin bərpasından sonra İran rəsmiləri ilə ilk görüş – FOTO

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəisi Motcəba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib.  Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.  Məlumata görə, görüşlərdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.  Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyi 15 iyulda fəaliyyətini bərpa edib.  Xatırladaq ki, 27 yanvar 2023 tarixdə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir diplomatı şəhid olub, 2 diplomatı isə yaralanıb. Nəticədə Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırmışdı.  Bizim.Media