Siyasət

Etibar Əliyev seçkiyə getmir? - "Deputat həkim müayinəsindədir..."

Milli Məclisin deputatı Etibar Əliyev növbədənkənar parlament seçkilərinə qatılmayacaq. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sabiq deputat seçkilərdə iştirakdan imtina edib.  Məsələni araşdırmaq üçün Etbar Əliyevin deputat seçildiyi 31 saylı Suraxanı ikinci seçki dairəsi ilə əlaqə saxladıq. Dairədən Qaynarinfo-ya bildirdilər ki, Etibar Əliyev hələlik namizədliyini irəli sürməyib. Xəbəri dəqiqləşdirmək üçün Etibar Əliyevin özünə də zəng etdik. Dəstəyi götürən şəxs xəstəxana əməkdaşı olduğunu bildirdi:  "Mən fizoterapiya əməkdaşıyam. Etibar müəllim terapiya şöbəsində həkim müayinəsində olduğu üçün zəngə cavab verə bilmir".    Bahar Rüstəmli