Siyasət
Deputatlığa namizəd ola bilmədi, MSK-nı məhkəməyə verdi
24 saylı Nizami Birinci seçki dairəsindən namizədliyini irəli sürmüş Güləli Fərziyev Mərkəzi Seçki Komissiyasının məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. İyulun 25-nə iş üzrə şifahi məhkəmə baxışı təyin edilib.
Əldə etdiyimiz məlumata görə, Güləli Fərziyev imza vərəqələrini Dairə Seçki Komissiyasına (DSK) təqdim etsə də, namizədliyi qeydə alınmayıb.
O, DSK-nın qərarından MSK-ya şikayət edib.
MSK-nın qərarında isə bildirilir ki, Güləli Fərziyev tərəfindən dairə seçki komissiyasına təqdim edilmiş 499 seçicinin məlumatının olduğu 10 ədəd imza vərəqindən 5-də (səhifə 1-10) olan 249 seçicinin məlumatının araşdırılması nəticəsində onlardan 177 seçici imzasının seçki dairəsi ərazisindən kənarda toplandığı müəyyən edilib. Yerdə qalan seçici imzaları Seçki Məcəlləsinin 147.1-ci maddəsinin tələbinə əsasən, namizədin qeydə alınması üçün kifayət etmədiyindən məlumatların yoxlanılması dayandırılıb.
Bu səbəbdən MSK DSK-nın qərarını qüvvədə saxlayıb.
Güləli Fərziyev bu səbəbdən məhkəməyə üz tutub.
Qeyd edək ki, Güləli Fərziyev keçmiş hərbçidir.
Seyid