Siyasət

SON DƏQİQƏ: Polkovnik Samir Həziyev HƏBS OLUNDU – EKSKLÜZİV

N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub. Belə ki, Samir Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Samir Həziyev Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı general-polkovnik Kərəm Mustafayevin yaxın adamı hesab olunur. Bizim.Media