Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün cavab təklifləri paketi hazırlayır. Bizim.Media "Sputnik Armenia"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. “Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir, Rəhbərlik artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez bir zamanda imzalamağa hazırdır”, - o bildirib. Xatırladaq ki, Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb. Bizim.Media