İordaniya kralı II Abdulla sentyabrın 10-na təyin edilmiş ümumi seçki ərəfəsində Milli Parlamentin aşağı palatasının buraxılması haqqında fərman imzalayıb. Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu qərar monarx tərəfindən konstitusiyanın 34-cü maddəsinə uyğun olaraq qəbul edilib. Qeyd edək ki, İordaniya Milli Parlamenti Deputatlar Palatasından (aşağı) və Senatdan (yuxarı) ibarətdir. Deputatlar Palatasında majoritar sistemdən istifadə etməklə birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilən 130 nümayəndə var. Bizim.Media