Siyasət
Azərbaycanda referendum keçirilə bilərmi? (AÇIQLAMA)
"Nə qədər ki, Ermənistanla bağlı problemlər həll olunmayıb, sülh müqaviləsi imzalanmayıb, Azərbaycanda referendumun keçirilməsi mümkün deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
Siyasi şərhçi referendumun yalnız 2-3 ildən sonra keçirilə biləcəyini ehtimal edir:
"Referendumun keçirilməsi üçün müəyyən bir əsas olmalıdır. Yəni, hansı məsələlər referenduma çıxarılır və dəyişikliklər olunur. Söhbət Konistitusiya dəyişikliyindən gedirsə, hesab etmirəm ki, yaxın zamanlarda referendumun keçirilməsi mümkün olsun. Çünki sistem elə qurulub ki, artıq yenilənməyə xüsusi bir ehtiyac yoxdur”.
Qulamhüseyn Əlibəyli bildirib ki, ehtiyac ancaq gələcəkdə proporsional seçki sisteminin bərpası ilə bağlı ola bilər:
"Bundan əlavə Nazirlər Kabinetinin və yerli icra hakimiyyətlərinin ləvğ ilə bağlı olan məsələyə ehtiyac ola bilər. Amma bu gün bunlar gündəm deyil. Gələcəyin işidir. Gələcəkdə yerli icra oqranlarının səlahiyyəti bələdiyyələrə verilə bilər".
Bahar Rüstəmli