Siyasət

Böyük Britaniyanın səfiri Hidayət Heydərovu təbrik etdi

Böyük Britaniyanın səfiri Ferqus Auld Azərbaycan cüdoçusu Hidayət Heydərovu Olimpiadada qazandığı qələbə münasibətilə təbrik edib. Bizim.Media xəbər verir ki, bu barədə britaniyalı diplomat X sosial şəbəkəsində yazıb. “Qızıl medallar siyahısına xoş gəldin, Azərbaycan! Bu idman növünün həvəskarı kimi bilirəm ki, bir hərəkət qələbəyə gətirib çıxara bilər. Təbrik edirik!”, deyə o, qeyd edib. Xatırladaq ki, Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı Con Benjamin Qabanı məğlub edərək qızıl medal qazanıb. Bizim.Media