Dünya
USQ-nin partlatdığı Kursk neft bazasında yanğın iki gün sonra söndürüldü
Xilasedicilər iyulun 28-də Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin hücumu nəticəsində Kursk vilayətinin Kursk rayonunda neft bazasında baş vermiş yanğını söndürüblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov öz Telegram kanalında məlumat yayıb.
Yanğın saat 05:50-də tam söndürülüb. Onun ləğvinə 140 xilasedici və 32 texnika cəlb olunub. Smirnov dəqiqləşdirib ki, yerli sakinlərdən və neft bazası işçilərindən heç kim xəsarət almayıb.
İyulun 28-nə keçən gecə Kursk vilayətindəki neft bazası Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Yanğın başlayıb. Ümumilikdə yanğın üç yanacaq çənini əhatə edib. Birinci gün alovun söndürülməsinə 32 xüsusi texnika və 82 fövqəladə hallar xidmətinin canlı qüvvəsi cəlb olunub.
Həmin gün Rusiyanın hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində 12 təyyarə tipli pilotsuz uçan aparatı məhv edib.
Rusiya regionlarına pilotsuz təyyarələrin hücumları 2022-ci ildə Ukraynada keçirilən "xüsusi hərbi əməliyyat” fonunda başlayıb. Kiyev onun iştirakını rəsmən təsdiqləməyib, lakin 2023-cü ilin avqustunda Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiyaya PUA zərbələrinin sayı artır.
Alpər