Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunun kursantları ilə görüşən general-polkovnik K.Vəliyev tədris müddətində onların döyüş hazırlığı və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah və texnikanın praktiki mənimsənilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Bizim.Media