Dünya
Rusiya, ABŞ, Almaniya və Belarus arasında məhbus mübadiləsi olacaq
Yaxın saatlarda Rusiya, ABŞ, Almaniya və Belarus arasında məhbus mübadiləsi olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Sloveniyanın N1 telekanalı məlumat yayıb.
Telekanal iddia edir ki, Sloveniyada rusiyalılar Artyom Dultsyev və Anna Dultsyeva casusluq ittihamı ilə məhkum edilib: onların Rusiya ilə ABŞ arasında genişmiqyaslı məhbus mübadiləsinin bir hissəsi olacağı güman edilir.
Özlərini Lüdviq Qiş və Maria Rosa Major Munyos kimi təqdim edən Dultsyevlər casusluğa görə hər biri 1 il 7 ay həbs cəzasına məhkum edilib. Onlar məhz bu qədər həbsdədirlər. Məhkəmə, həmçinin Rusiya cəsuslarının ölkədən çıxarılmasına qərar verib.
Lyublyana Məhkəməsinin saytında deyilir ki, təqsirləndirilən şəxslər günahlarını etiraf ediblər. N1 telekanalı bildirir ki, onlar yaxın bir neçə saat ərzində Rusiya, ABŞ, Almaniya və Belarus arasında baş tutacağı gözlənilən daha böyük məhbus mübadiləsinin bir hissəsi olacaq. Telekanalın məlumatına görə, bir neçə başqa ölkə də iştirak edir.
Nizami Bağırov