Texnologiya
"Microsoft" hər kəsin unutduğu messenceri birdən-birə canlandırdı
"Microsoft" qəfildən istifadəçilərin marağını 2010-cu illərdən populyar ünsiyyət proqramı olan "Skype"a qaytarmaq qərarına gəldi. Həmin vaxtlar bu messencerin mahiyyətcə alternativi yox idi. Lakin son illərdə daha universal və funksional messencerlərin meydana çıxması fonunda aktuallığını itirib.
Qaynarinfo bu barədə "Gizchina"ya istinadən xəbər verir.
Son yeniləmə ilə "Skype" aktiv istifadəçilərin şikayət etdiyi bütün reklamları tamamilə silib. "Microsoft" həmçinin dizaynı yeniləyib, bunun sayəsində xidmət daha sadə və intuitiv olub. Proqramın sürəti və rəvanlığı da artırılıb.
Xüsusilə süni intellektə əsaslanan bir neçə yeni faydalı funksiya da ortaya çıxıb. Məsələn, indi siz birbaşa söhbət pəncərəsində mətn üçün şəkillər yarada bilərsiniz. Və iOS və "Android"də "Skype" istifadəçiləri, əgər əvvəllər öz məlumatlarını digər "Microsoft" proqramlarına daxil etmişdilərsə, avtomatik olaraq messencerə daxil ola biləcəklər.
Hələlik yenilənmiş "Skype" "Windows-da "Skype Insider" proqramında qeydiyyatdan keçmiş istifadəçilər üçün beta testi kimi mövcuddur. Gözlənilir ki, yaxın həftələrdə yeniləmə hər kəs üçün və dərhal "Linux" və "macOS" daxil olmaqla bütün platformalarda yayımlanacaq.
Aydın