Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidovun müvafiq əmri ilə Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri Abbas Musayev işdən azad olunub. Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, nazir müavinin əmri ilə Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə keçirilib. Həsən Seyidovun digər bir əmri ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının rejissoru, Prezident mükafatçısı Həcərxanım Məmmədova müddətli əmək müqaviləsi əsasında Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bizim.Media