Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 99 beynəlxalq müşahidəçi qeydə alınıb. Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 14 506 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onların bütün seçki məntəqələrində müşahidə aparmaq imkanı olacaq". Bizim.Media