Dünya

Türkiyədə 5,2 maqnitudada zəlzələ oldu

Türkiyənin mərkəzi hissəsində 5,2 maqnitudada zəlzələ qeydə alınıb. "Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib. Məlumata görə, zəlzələnin episentri 29 min insanın yaşadığı Kazan şəhərindən 88,1 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.