Sentyabrın 1-i Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ümumilikdə 1508 nəfər deputatlığa namizədlik üçün müraciət edib. Onlardan 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bəs namizədlər arasından ən gənci və ən yaşlısı kimlərdir? Bizim.Media-nın araşdırmasına görə, deputatlığa namizədlər arasında ən gəncinin 18, ən yaşlısının isə 86 yaşı var. Namizədlər arasında ən gənci 2006-cı il təvəllüdlü (18 yaş) Zəbulla Hüseynovdur. O tələbədir və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində deputat mandatı qazanmağa çalışacaq. Ən yaşlısı isə 1938-ci il təvəllüdlü (86 yaş) Oqtay Zeynəlovdur. O, 38 saylı Gəncə birinci seçki dairəsində seçicilərin etimadını qazanmağa çalışacaq. Nuray, Bizim.Media