Digər

Nazirə yeni birinci müavini təyin olundu

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub. Qaynarinfo-nun xəbərinə görə, R.İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib. O, bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.