Dünya

İranda ilk dəfə qadın hökumət sözçüsü təyin edildi

İran Prezidentinin təklifi və hökumətin idarə heyətinin təsdiqi ilə Fatimə Mühacirani hökumətin yeni sözçüsü təyin edilib. Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İRNA agentliyi yayıb. Mənbə qeyd edib ki, Mühacirani İranda hökumət sözçüsü təyin edilən ilk qadındır. Bizim.Media