Siyasət

Polad Bülbüloğludan BRİKS-lə bağlı açıqlama: “Azərbaycan bu quruma üzv olmaq istəyir”

“BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da bu quruma qoşulmaq istəyini ifadə edib”. Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib. “Bu barədə rusiyalı həmkarlarımızla danışdıq, lakin bu da bir prosesdir”, - deyə o bildirib. Xatırladaq ki, BRİKS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata qoşulub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib. Bizim.Media