Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. Bildirilib ki, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cari ayın pensiya ödənişini yekunlaşdırıb. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Bizim.Media