Cari ilin I yarımili ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb. Bizim.Media xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ində bildirilir. Məlumata görə, hesabat dövrü ərzində investorlara 170,1 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib. Bizim.Media