Dünya

NTV: Türkiyədə qeyri-qanuni rusdilli məktəblərin fəaliyyəti yoxlanılacaq

Antalya Ticarət və Sənaye Palatası lisenziyasız fəaliyyət göstərən rusdilli məktəblərə qarşı cinayət işi başlatmaq niyyətindədir.  Qaynarinfo xəbər verir ki, yerli NTV telekanalı avqustun 26-da Antalyada iki yeni qeyri-qanuni məktəb və üç uşaq bağçasının yarandığı barədə məlumat yayıb.  "Lisenziyası olmayan və ya onları qanun pozuntusu ilə alan məktəblərlə rastlaşırıq. Qanunla istənilən təhsil fəaliyyəti dövlətin yurisdiksiyasında olmalıdır”, - deyə Türkiyə Ticarət və Sənaye Palatasının təhsil komitəsinin nümayəndəsi Kənan Çelik bildirib. Çelik əlavə edib ki, qeyri-qanuni məktəblərin bəzi reklam broşürlərində milli təhsil sistemini aşağılayan ifadələr var. O qeyd edib ki, lisenziyasız təhsil müəssisələri qiymətlərin aşağı olduğunu və təhsilin keyfiyyətinin yüksək olduğunu da iddia edirlər. Kənan Çelikin sözlərinə görə, palata ölkənin Təhsil Nazirliyinə və regional hakimiyyət orqanlarına şikayətlər verir, həmçinin cinayət işi açdırmağı planlaşdırır. Nizami Bağırov