Siyasət

XİN: “Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir” - VİDEO

"Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir". Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var: "Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər”. Bizim.Media