“Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli müttəfiqlik əlaqələri regional təhlükəsizlik və rifahın mühüm mərhələsidir”. Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi “X” hesabında yazıb. “İşgüzar səfərim çərçivəsində qardaş Türkiyənin XİN başçısı Hakan Fidan ilə məhsuldar görüşdən çox məmnunam. Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu əbədi və dönməzdir!”, - nazir qeyd edib. Bizim.Media