“Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının müşahidə missiyasının üzvləri seçki prosesinin gedişatını müşahidə etmək üçün Azərbaycanda artıq uzun müddətdir fəaliyyətə başlayıb. Bizim 40 nəfərlik missiyamız var. Onlardan 33-ü Azərbaycanda fəaliyyət göstərir”. Bizim.Media xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında keçirilən görüşdə bildirib. O qeyd edib ki, seçki bitdikdən sonra axşam saatlarında ilkin nəticələr müzakirə ediləcək: “Sonra isə yekun hesabat hazırlanacaq. Yekun rəyimizi isə bazar ertəsi açıqlayacağıq. Lakin onlar Konstitusiya Məhkəməsi nəticələri elan etdikdən sonra dərc olunacaq”. Bizim.Media