Siyasət
Məzahir Pənahov: Heç kim seçicilərin hüquqlarına zidd hansısa addım ata bilməz
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov heç kimin seçicilərin hüquqlarını pozmağa ixtiyarı olmadığını bəyan edib.
"Report"un məlumatına görə, M.Pənahov seçkinin əsas mərkəzində seçicinin dayandığını bəyan edib:
"Seçkinin əsas mərkəzində seçici dayanır. Ona görə heç kim onların hüquqlarına zidd hansısa addım ata bilməz".
O bildirib ki, gün ərzində beş dəfə səsvermənin gedişi və seçici fəallığı barədə məlumat veriləcək.Bu saatlar - 10:00; 12:00; 15:00; 17:00 və 19:00 olacaq.