Sentyabrın 1-i keçirilən növbədənkənar parlament seçkilərində saat 15:00-a qədər səs verən seçicilərin sayı açıqlanıb. Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun məlumatına görə, saat 15-dək respublika üzrə 1 milyon 893 min 555 nəfər səs verib, seçici fəallığı 29.49 faiz olub. Qeyd edək ki, 6 milyon 421 min 960 nəfər səsvermə hüququna malik seçici qeydə alınıb. Hesabat vermiş məntəqələrin sayı 6478- dir. Günay Şahmar, Bizim.Media