Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası 1 sentyabr parlament seçkiləri üzrə səsvermənin ilkin nəticələrini elan edib. Nəticələrə əsasən, bir sıra namizədlər rəqiblərini böyük səs fərqi ilə qabaqlamağı bacarıblar. Bizim.Media ən yüksək səs faizini toplamağı bacaran 10 namizədin adını təqdim edir:
Asif Əsgərov
Faiz nisbətində ən çox səs toplayan 112 saylı Zaqatala seçki dairəsindən namizədliyini verən Asif Əsgərov olub. O, seçkiyə gələnlərin 79,7 faizinin səsini alıb. Aydın Hüseynov Ən çox səs toplamaqla deputat seçilənlər arasında ikinci nəticəni isə 37 saylı Qaradağ seçki dairəsindən Aydın Hüseynov əldə edib. Ona seçicilərin 78,1 faizi səs verib. Kamaləddin Qafarov 9 saylı Binəqədi İkinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarov 73,5 faiz toplayıb. Göydəniz Qəhrəmanov 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd olan Göydəniz Qəhrəmanovun topladığı səs 71,9 faizdir. Hikmət Məmmədov
19 saylı Nərimanov birinci seçki dairəsi üzrə səsvermə Hikmət Məmmədovun aşkar üstünlüyü ilə keçib. O, seçicilərin 72 faizinin səsini toplayıb. Əli Əhmədov 25 saylı Nizami ikinci seçki dairəsindən Əli Əhmədov 73,2 faizlə qalib gəlib. Pərvanə Vəliyeva 35 saylı Xətai üçüncü seçki dairəsindən Pərvanə Vəliyeva 72,8 faizlə lider olub. Hicran Hüseynova
42 saylı Sumqayıt birinci seçki dairəsinin qalibi olan Hicran Hüseynovaya seçicilərin 71,1 faizi rəğbət göstərib. Əli Hüseynli 53 saylı Yevlax-Mingəçevir seçki dairəsinin qalibi Əli Hüseynli isə 70,7 faizlə növbəti dəfə deputat seçilib. Anar Məmmədov
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin seçiciləri Anar Məmmədovu seçib. O, 70,6 faiz səslə rəqiblərinə qalib gəlib. Rüfət Sultan, Bizim.Media