Siyasət

XİN: Ermənistanın sürətlə silahlanması sülh prosesinə maneə törədir

“Delimitasiya prosesində əldə olunan irəliləyişlər daxil olmaqla, sülh gündəliyinin irəlilədilməsi istiqamətində inkişaflar mövcuddur”. Bizim.Media xəbər verir ki, bunu zərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşü zamanı deyib.  

Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edən nazir Ceyhun Bayramov bildirib ki, buna baxmayaraq, Ermənistan Konstitusiyası daxil olmaqla, bu ölkənin bir sıra qanunverici aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsi, digər tərəfdən isə Ermənistanın sürətlə silahlanması sülh prosesinə maneə törədir. Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi barədə ətraflı məlumatlandırıb.  Bizim.Media